Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna “S-300” raketi atılıb.
Teleqraf.com xəbər verir ki, humanitar atəşkəs dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib. Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.
Əraziyə cəlb olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları bir ədəd “S-300” raketinin partlamış qalıqlarını aşkarlayıblar.
Qeyd edək ki, “S-300” raketinin qalıqlarına baxış zamanı onun 250-280 kilometr məsafədə uçuş qabiliyyətinə malik olduğu müəyyənləşib.