17 Oktyabr 2014 12:47
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Musa Qasımlı Milli Məclisdə çıxışı zamanı qeyd edib ki, Ermənistan xaricdə geniş fəaliyyət göstərir.

O, bu fəaliyyətə qarşı müəyyən addımların atılmasının vacibliyini önə çəkib:

“Biz də öz fəaliyyətimizi gücləndirməliyik. Biz işğal edilən ərazilərimizdə məcburi yerləşdirmə ilə bağlı həm beynəlxalq parlamentlərə, həm də ayrı-ayrı parlamentlərə, habelə oradakı Azərbaycanla Dostluq Qrupunu üzvlərinə məlumat verməli, onlardan bu məsələni öz parlamentlərində qaldırmasını istəməliyik”.

Deputat daha sonra xatırladıb ki, 2015-ci il üçün saxta erməni soyqırımı ilə bağlı ermənilər ciddi hazırlıq işləri aparır:

“Təklif edirəm ki, biz də Xocalı soyqırımı ilə bağlı ciddi addımlar ataq, xüsusilə 2015-ci ildə bu istiqamətə diqqət ayıraq. Nəticənin necə olmasından asılı olmayaraq bu həm də bir testdir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər