Ağdam rayonunda silahlı insident olub.
Teleqraf.com-un xəbərinə görə, Ağdam rayon polis şöbəsinə noyabrın 10-da Alıbəyli qəsəbə sakini M.Salmanovun yaşadığı evin həyətinə gəlmiş həmyerlisi M.Mehdiyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə onun ayaqlarına xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mehdiyev saxlanılıb.
Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanıb.