23 Noyabr 2020 00:39
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Ələt yolunun 40-cı kilometrliyində qeydə alınıb.

Rəşad Rəhmanovun idarə etdiyi 01-AD-751 dövlət nömrə nişanlı "İsuzu" markalı yük maşını arxadan 10-GE-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü xəsarət alıb, maşında olan sərnişin isə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com