23 Noyabr 2020 13:34
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub, sonuncu avtomobildə yanğın baş verib.

Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov