26 Noyabr 2020 11:17
1 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi karantin rejim qaydalarının təmin olunması istiqamətində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlanıb.

Orada məşq etməklə karantin qaydalarını pozan 5 nəfər barəsində inzibati protokol tərtib edilib.

Bundan əlavə həmin idman zalına keçirilən baxış zamanı sözügedən obyekti icarə əsasında işlədən Cəlilabad şəhər sakini Bəhruz Ağayevin məşq etmək üçün ora gələn şəxslərə satdığı tərkibində güclü təsiredən maddələr olan və satışı qadağan olunmuş konvalyut və qutularda ümumilikdə 3 750 ədəd dərman həbi aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər