5 Dekabr 2020 12:47
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, dekabrın 4-də saat 8 radələrində Daşkəsən rayonunun Çovdar kəndi ərazisində Yevlax rayon sakini V.Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, Tovuz rayon sakini Şahlar Abbaslı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Daşkəsən rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov