Xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Neboyşa Rodiç etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Azərbaycanla Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edərək, səfir N.Rodiçə yeni diplomatik vəzifəsində uğurlar arzulayıb. Səfir N.Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycanla Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səxavət