Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini Z.Abdullayevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Həmin şəxs öz avtomobili ilə hərəkətdə olan zaman rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.
Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.
Onun barəsində Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Bundan başqa, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan rayon sakini Əbdüləli Nərimanov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratdığı müəyyən olunub.
Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.
Faktla bağlı Beyləqan rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.