21 Oktyabr 2014 22:05
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın Türkmənabat şəhərində Ağsaqqallar Şurasının növbəti iclası ölkə Prezidentinin, hökumət üzvlərinin və digər rəsmilərin, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə açılıb. Ağsaqqallar Şurasının iclası oktyabrın 27-də qeyd olunacaq Türkmənistanın müstəqilliyinin növbəti ildönümü ərəfəsində keçirilir.

Teleqraf.com-un məlumatına görə, Şura dövlət miqyaslı məsələlərin müzakirəsi üçün hər il toplanır və məşvərətçi orqan funksiyasını yerinə yetirir. Türkmən xalqını bayram münasibətilə təbrik edən, sülh, firavanlıq və tərəqqi arzularını çatdıran Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə ölkələrimiz və xalqlarımız arasında mənəvi dəyərlərin qorunmasından, dostluq, qardaşlıq əlaqələrinin möhkəmlənməsindən danışıb, münasibətlərimizin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, o cümlədən iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm addımların atıldığını diqqətə çatdırıb.


Müəllif:

Oxşar xəbərlər