27 Yanvar 2021 13:46
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şərifov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Qorxmaz Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram marixuana götürülüb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddəsi ilə ittiham elan eidlib.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov