Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 ədəd proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov saxlanılıb.