“Marriott International” otellər şəbəkəsinin prezidenti və baş direktoru Arne Sorenson 62 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.
Xatırladaq ki, 2019-cu ildə Arne Sorensonda mədəaltı vəzi xərçəngi aşkarlanmışdı. Cari ilin fevral ayında amerikalı biznesmen xəstəliyin ağır müalicəsi ilə bağlı iş qrafikini qısaltmaq qərarını vermişdi.