17 Fevral 2021 11:10
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Ağdam rayon polis şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.

Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər