24 Fevral 2021 10:57
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.

Bunu Teleqraf.com-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub: “Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.


Müəllif: Teleqraf.com