25 Fevral 2021 09:55
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.

Bu barədəd Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dəstə üzvləritutulub.

Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10.000 manatdan çox pul və 8.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Oğurladıqları qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, satışdan əldə etdikləri pulları öz aralarında bölüblər.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı həmin şəxslər barəsində Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər