Dələduzluğa görə axtarışda olan qadın 6 il sonra saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq; təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələrinə əsasən barəsində 31 avqust 2015-ci il tarixdən axtarış elan edilmiş Astara rayonunun Şahağacı kənd sakini K.Şükürova Tovuz rayonu ərazisində saxlanılıb.