Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə martın 6-da bir nəfərin Bakı şəhər sakini A.Hüseynova zor tətbiq edərək 45 manat pulunu alması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.