11 Mart 2021 16:13
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbirlər keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Tədbirlər zamanı Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə məxsus restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.

9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər