22 Mart 2021 23:26
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Nizami rayonu ərazisindəki marketlərin birindən 571 manat dəyərində spirtli içki oğurlanıb.

Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini M.Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov