Karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Bu istiqamətdə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilən Lənkəran şəhər sakini C.Əliyevin karantin rejimi qaydalarını kobud şəkildə pozub yaşayış yerini tərk edərək Astara rayonuna getdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Lənkəran şəhər-rayon polis şöbəsində araşdırma aparılır.