6 Aprel 23:26

İtkin düşmüş hərbi qulluqçularımızın axtarışı zamanı baş verən mina partlayışında iki hərbçimiz xəsarət alıb.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

"Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularımızın Suqovuşan yaşayış məntəqəsi istiqamətində aprelin 6-sı günorta saatlarında keçirilən axtarışları zamanı düşmən tərəfindən basdırılmış piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər Əliyev Pünhan Şaban oğlu və əsgər Bəxtiyar İlqaroğlu xəsarət alıb, onların həyatları üçün təhlükə yoxdur", - deyə məlumata qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com