7 Aprel 2021 12:32
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad rayon polis şöbəsinə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib

Müraciətlə əlaqədar olaraq rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı Elşən Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fatma Hüseynova Sosialist Əməyi Qəhrəmanıdır.


Müəllif: Hacı Zeynalov