11 Aprel 2021 00:14
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə istirahət mərkəzində yanğın baş verib.

Teleqraf.com FHN-ə istinadla xəbər verir ki, hadisə şəhərin Kəpəz rayonunda istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 144 kvadrat metr olan banket zalının dam örtüyünün yanar konstruksiyaları, mətbəxində iki ədəd soyuducu və bir ədəd havatəmizləyici qurğu yanıb.

Banket zalının qalan hissəsi və yaxınlıqdakı kotteclər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com