11 Aprel 2021 13:25
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 9-da Şirvan şəhər polis şöbəsinə bir nəfərin Hacıqabul rayon sakini N.Quliyevin açıq talama yolu ilə 560 manatını alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nuriyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər