12 Aprel 2021 10:13
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı Qarağac sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 9 nəfər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.


Müəllif: Hacı Zeynalov