22 Aprel 2021 11:12
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Üçbulaq kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini C.Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L200” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, xəsarət almış 5 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov