23 Aprel 2021 20:27
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Aeroflot" aviaşirkətinin Moskvadan Bakıya hərəkət edən təyyarəsi sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar Mineralnıye Vodı şəhərinin hava limanında təcili eniş edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə hava limanı bildirib.

Qeyd olunur ki, sərnişin Mineralnıye Vodıda endikdən sonra təyyarə Bakıya uçuşunu davam etdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər