27 Aprel 2021 12:01
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 oktyabr 2015-ci ildə Rusiya Federasiyasının İstintaq Komitəsinin Tatarıstan Respublikası İstintaq İdarəsinin Aznakayevski rayonlararası istintaq bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanmış və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bu barədə Teleqraf.com-a Ucar rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, 26 aprel 2021-ci il tarixdə Ucar rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 1965-ci ildə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər