14 May 2021 23:16
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dayandırılıb, çayxananın icarədarı X.Əkbərov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorulub.


Müəllif: Teleqraf.com