Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Hacıqabul rayon polis şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində sübhəli bilinən Lənkəran rayon sakini Emin Seyfullayev idarə etdiyi “Opel” markalı “99 US 697” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə saxlanılıb.
Polis əməkdaşları tərəfindən E.Seyfullayevin üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin salonundan heroin və bir ədəd elektron tərəzi aşkar edilib.
Dindirilmə zamanı E.Seyfullayev avtomobildən tapılan maddi sübutların ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.