11 İyun 19:07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.


Müəllif: Teleqraf.com