Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, çayda batan şəxslər Şəmkir rayonunun Qaracəmirli kənd sakini 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğludur