Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Qafqazın və Avropanın sabitliyini pozur”.
Britaniyalı nazir münaqişənin Qafqaz və Avropa regionunun sabitliyinə təhlükə olduğunu açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Krallıq üçün narahatlıq mənbəyidir. London münaqişənin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Minsk qrupuna beynəlxalq ictimaiyyətin köməyini ikiqat artırmaq lazımdır. Artıq uzun müddətdir davam edən münaqişədə insan faciəsinin baş verməsinə yol verməməliyik. Biz vasitəçilərin addımlarının irəliləməsini istəyirik”.
Nərgiz