Hazırda Bakının Heydər Əliyev prospektində kənar yolda (mərkəz istiqamətində) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.
Məlumatda qeyd edilib ki, sıxlığa səbəb qeyd olunan yolda baş verən yol nəqliyyat hadisəsidir.