21 Avqust 2021 22:55
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın şərq sahillərində yerləşən Verakrus ştatını cənginə alan “Qreys” tropik qasırğası yeddi nəfərin ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.

Fərdi yaşayış evinin uçması nəticəsində bir ailənin altı üzvü ölüb. Yeddi yaşlı uşaq da anoloji hadisənin qurbanı olub. Bölgədə 20 -dən çox daşqın qeydə alınıb. Səlahiyyətlilər əhaliyə kömək etmək üçün hərbçiləri və polisləri səfərbər ediblər.

Qeyd olunub ki, dörd ştatda 565 mindən çox sakin işıqsız qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər