Sabirabad rayon sakini İsa Zülfüqarova koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin olunsa da, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Şöbə əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində olduğu yer müəyyənləşdirilib və dərhal yaşadığı ünvana qaytarılması təmin edilib.
İ.Zülfüqarov barəsində Sabirabad rayon polis şöbəsində araşdırmalar aparılır.