24 Sentyabr 2021 08:56
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə Yuxarı Göycəli kəndində qeydə alınıb.

Avtomobil araba ilə hərəkətdə olan, 1977-ci il təvəllüdlü İbrahim Əliyevi avtomobil vurub. Nəticədə zərbənin gücündən araba aşıb və İbrahim Əliyev ağır xəsarətlər alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com