12 Noyabr 2014 17:07
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində bir sıra dövlət əhəmiyyətli məsələlərə münasibət bildirib.

“Vəzifəmiz suverenliyi qoruyub saxlamaqdır”

N.Məmmədov 12 noyabr Konstitusiya Günü ilə bağlı qeyd edib ki, Azərbaycan üçün bu gün ən mühüm vəzifə suverenliyini və dinamik davamlı inkişafını indiyədək olduğu kimi qoruyub saxlamaqdır:

“Ulu öndər Heydər Əliyevin yaratdığı Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq”.

“Bu, Ruhaninin Azərbaycana ilk rəsmi səfəridir”

PA rəsmisi İranın dövlət başçısının ölkəmizə səfərinə də toxunub: “İran Prezidenti cənab Həsən Ruhaninin Azərbaycana ilk rəsmi səfəridir”

“Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalandı”

Novruz Məmmədov prezident İlham Əliyevin Macarıstana səfəri haqda fikirlərini də bölüşüb. Onun sözlərinə görə, Azərbaycan prezidenti ilə Macarıstan baş naziri arasında mövcud olan şəxsi dostluq münasibətləri bu səfər zamanı daha da möhkəmləndi: “Prezidentlə Baş naziri yaxınlaşdıran faktorlardan biri də hər 2 liderin ölkələrinin suverenliyinin qorunmasını əsas vəzifə hesab etmələridir. Azərbaycan Prezidentinin Macarıstana səfəri zamanı da Strateji Tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Artıq Azərbaycanla 10-a yaxın Avropa ölkəsi arasında Strateji Tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib, imzalanıb”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər