13 Oktyabr 2021 21:13
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində baş verib.

"Mercedes 190" markalı avtomobilin sürücüsü Şəmkir rayon Çənlibel kənd sakini 1995 - ci il təvəllüdlü Toğrul Əsədov idarəetməni itirib və avtomobil ağaca çırpılıb.

İlkin məlumata əsasən hadisə zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma başlanılıb.


Müəllif: Teleqraf.com