13 Noyabr 2014 14:08
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Ordusu həmişə ayıq-sayıqliğını belə saxlamalıdır və düşmənin bütün təxribatlarına bu cür sərt cavab verməlidir”.

Bu fikirləri AMİP Mərkəzi Şura üzvü Əli Orucov Qarabağ səmasında erməni helikoperinin vurulmasına münasibət bildirərkən deyib.

Ə.Orucov qeyd edib ki:“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşəbbüslərin artığı bir vaxtda, Ermənistanın açıq-aşkar törətdiyi təxirbat onu göstərir ki, bu işğalçı dövlət hər vəchlə sülh prosesini pozmağa çalışır. Eyni zamanda regionda sabitliyə, təhlükəsizliyə, davamlı inkişafa maraqlı deyil.

Hesab edirəm ki, Azərbaycan Ermənistanın pozuculuq hərəkərlərinin üzərinə davamlı gedilməli, sərhədlərimizə hörmətsiz yanaşalar layiqli cavablarını bundan sonra da almalı və məhv edilməlidir. İşğalçı və terrorçu Ermənistan və onun havadarlarına adekvat cavab verilməlidir. Necə ki, verilir.”

Ayxan


Müəllif:

Oxşar xəbərlər