10 Noyabr 2021 23:28
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada bir xəstəxana səhvən tualet üçün təmizlənmiş sudan 30 ilə yaxın içməli su kimi istifadə edib.

Teleqraf.com xəbər verir ki, ağlasığmaz hadisə Osaka Universitetinin daxilindəki xəstəxanada qeydə alınıb.

Xəstəxana Osaka Universitetinin daxilindədir və klinikanın binası tibb fakültəsinə bağlıdır. Binada istifadə olunan quyu suyundan əllərin yuyulması və qarqara üçün istifadə olunub. Klinikada ümumilikdə 120 kranın olduğu deyilir.

Xəta xəstəxana 1993-cü ildə tikilərkən birləşdirici borulardakı nasazlıq səbəbindən baş verib. Rəhbərlik yeni təmizləyici qurğunun tikintisinə başlayana qədər heç kim problemi sezməyib. Su problemi binadakı yeni tikiliyə baxış zamanı aşkar edilib.

Universitet məsələni araşdırdığını bildirib. Bu günə qədər sağlamlıqla bağlı hər hansı təhlükə barədə məlumat verilməyib.

Universitetin prorektoru Kazuhiko Nakatani mətbuat konfransında narahatlığa səbəb olduqları üçün üzr istəyib: “Mən çox təəssüf edirəm ki, qabaqcıl tibbi yardım göstərən universitet xəstəxanası narahatlıq doğurur. Kampda təmizlənmiş quyu suyundan istifadə edən 100-dən çox bina var. Xəstəxana rəsmiləri boruları yoxlayacaqlar və xətanı aradan qaldıracaqlar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər