14 Noyabr 2021 14:11
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Qazax rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində Qazax rayon Aşağı Salahlı kənd sakini 1995-ci il təvəllüdlü Süleymanov Turan Əli oğlu saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib.

Qeyd edilir ki, o, istintaq orqanına təhvil verilib. Turan Süleymanov Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci (soyğunçuluq) maddələri ilə axtarışda olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər