1 Dekabr 2021 15:49
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon sakini olan bir nəfər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq edilməsi barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə oğurluq əməlini törətməkdə şübhəli bilinən, rayon sakinləri Çingiz Əliyev, Yadigar Rzayev və Nicat Cabbarov saxlanılıblar.

Araşdırmalarla onların qabaqcadan əlbir olaraq fərdi yaşayış evindən təmir-tikinti alətləri və məişət əşyaları oğurladıqları müəyyən edilib.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov