9 Dekabr 2021 10:00
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon Prokurorluğu rayon ərazisində baş verən qətllə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, dekabrın 8-də, saat 13 radələrində Tovuz rayonu, İbrahimhacılı kəndi ərazisində kənd sakinləri - Ənvər Alırzayevin öldürülməsi, qardaşı Fərman Alırzayevə isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1981-ci il təvəllüdlü Maksim Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla həmkəndlisi, 1964-cü il təvəllüdlü Ənvər Alırzayevə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevə isə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Maksim Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər