14 Dekabr 2021 15:49
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimində xüsusi imtiyazların əldə edilməsi adı ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Nurlan Əsgərzadənin qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Nurlan Əsgərzadənin ölkə ərazisində karantin rejiminin tətbiqi ilə əlaqədar müəyyən edilmiş qaydalardan sui-istifadə edilməsi yolu ilə xarici ölkə vətəndaşlarının və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmalarına guya Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə verilməsini təmin etmək adı ilə aldatmaqla ayrı-ayrı şəxslərdən ümumilikdə 4 min manat pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməsinə və həmin hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təkrarən təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Nurlan Əsgərzadəyə Cinayət Məcəlləsinin 29, 178.2.2 (təkrarən dələduzluğa cəhd etmə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov