Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.
Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.