17 Fevral 2022 11:38
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Nicat Kərimovun idarə etdiyi “VAZ-21013” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N.Kərimovun psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Hazırda faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırmalara davam etdirilir.


Müəllif: Hacı Zeynalov