28 Fevral 2022 16:55
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə xaricində yaşayan narkotacir sosial şəbəkədə tanış olduğu ev təmiri ilə məşğul olan ustanı narkokuryerliyə cəlb edib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayev saxlanılıb.

Onun üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və “İnstagram” sosial şəbəkəsində gördüyü işləri reklam etmək məqsədi ilə özünə məxsus səhifə açdığı müəyyən edilib.

Daha sonra Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb.

Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib.

Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün tutulan Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər