"People in Need" təşkilatı haqqında son günlərdə çoxsaylı yazılar gedir. Bu barədə də yazılıb. Bu təşkilat ilk əvvəl Spitakda baş verən zəlzələnin qurbanlarına humanitar yardımları təşkil etmək üçün təşəbbüs qrupu kimi yaranıb və humanitar yardımlar edib. Burda pis heç nə yoxdur. Pis odur ki, bu təşkilat sonradan nəinki humanitar sahədə, həm də Ermənistanın işğal siyasətində onların yardımçılarından birinə çevrilib".
Teleqraf.com xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Batumidə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycana qarşı ermənilər və onların təsirində olan təşkilatlar tərəfindən aparılan təbliğata münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, "People in Need" təşkilatına, əlbəttə, sırf erməni təşkilatı demək olmaz: "Çünki onun fəaliyyəti daha genişdir. Amma bu təşkilat Ermənistanın dostu olaraq qalır və onun maraqlarını hər yerdə təmsil edir. Siz onların saytından götürülən bu cümləyə də diqqət yetirin. "On the impulse of Jaromír Štětina, a group of journalists from the Lidové noviny daily decide to form a humanitarian team called ‘Epicentrum’. They organize a charity collection to alleviate the crisis in Nagorno-Karabakh. The aid is transported to Karabakh’s hospitals, while an eyewitness testimony about the war is brought back by a group of volunteers". Bu təşkilatın ciddi səhflərindən biri də budur ki, özünü Qırmızı Xaç təşkilatı ilə müqaisə edir. Amma özünü humanitar təşkilatların missiyasına uyğun aparmır. Humanitar missiyası olan təşkilatların əsas prinsipləri içərisində niytrallıq, qərəzsizlik, konfedensiallıq, siyasətdən kənar olmaq, idologiyasızlıq və s. prinsiplər vardır ki, bu təşkilat onu ciddi surətdə pozur. Eynizamanda humanitar təşkilatın eyni vaxtda insan hüquqlarının müdafiəsi ilə məşğul olması da yerinə düşmür. Müharibə hüququ ilə insan hüquqlarının fərqini bilməyənlər üçün mühazirə deməyə hazıram. Beynəlxalq humanitar hüququn (müharibə hüququnun, Cenevrə hüququnun və s.) İnsan Hüquqlarından ciddi fərqləri vardır. Beləliklə 1."People in Need" təşkilatı erməni maraqlarının (bütün sahələrdə) müdafiə edən təşkilatdır. 2. ."People in Need" təşkilatının Azərbaycana bu qədər "həssas" münasibəti ermənistanın maraqlarını təmin etmək məqsədi daşıyır. 3. Bu təşkilatın zəmanəti ilə beynəlxalq mükafat və ya qrantları yalnız o zaman almaq mümükündür ki, iddiaçılar Ermənistan dövlətinin maraqlarına ziyan gətirən heç bir hərəkət etməsinlər. 4. Ermənistana su və hava kimi lazım olan xalq diplomatiyası siyasətini dəstəkləsinlər. 5. Azərbaycanda insan hüquqlarna misli görünməmiş basqılarla bağlı hesabtlar hazırlasınlar. Bir sözlə Ermənistanın Azərbaycana nisbətdə daha sivil, daha demokratik, daha mədəni olmasını dolayısı ilə sübut etsinlər".
Ayxan